Lavrov Aİ-ni “çox təhlükəli yola” qədəm qoymaqda ittiham edibbackend

Lavrov Aİ-ni “çox təhlükəli yola” qədəm qoymaqda ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının (Aİ) Rusiyanın dünya bazarlarında gəlir əldə etmək imkanlarını məhdudlaşdırmaq siyasətini kəskin tənqid edib.

Lavrov bildirib ki, Brüssel Aİ-nin tələblərinə tabe olmayan gəmiləri, onların hansı bayraq altında üzməsindən asılı olmayaraq, “kölgə donanması”na aid etməklə təhlükəli istiqamət seçib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, Aİ-nin bu yanaşması Moskvanın dünya bazarlarında gəlir əldə etmək imkanlarının məhdudlaşdırılmasına yönəlib. Lavrov Brüsselin qərarlarını qanunsuz adlandıraraq, Aİ-nin öz qərarlarını beynəlxalq hüquqdan üstün tutduğunu iddia edib.

“Bu, çox təhlükəli yoldur”, – deyə Lavrov vurğulayıb.
Onun sözlərinə görə, Avropa İttifaqının belə addımları beynəlxalq hüquq normaları ilə bağlı ciddi suallar yaradır.

//Samir Qurbanov, Editor.az