Macarıstan Rusiyaya qarşı tətbiq olunan sanksiyaların hər altı aydan bir deyil, ildə bir dəfə uzadılması təşəbbüsünə dəstək verib.
Editor.az xəbər verir ki, bu barədə Bloomberg agentliyinə istinadən məlumat yayılıb.
Məlumata görə, Avropa İttifaqına üzv ölkələrin səfirlərinin keçirilən görüşündə Macarıstan Avropa Şurasının Prezidenti Antoniu Koşta tərəfindən bu ay irəli sürülməsi gözlənilən 12 aylıq uzadılma təklifini dəstəkləyən ölkələr qrupuna qoşulub.
Qeyd olunur ki, Budapeşt indiyədək Rusiyaya qarşı sanksiyaların yalnız altı aylıq müddətlə uzadılmasına razılıq verirdi. Yeni mövqe isə Macarıstan hökumətinin əvvəlki siyasətdən müəyyən dərəcədə uzaqlaşdığını göstərən növbəti addım kimi qiymətləndirilir. Hazırda ölkəyə Baş nazir Peter Macar rəhbərlik edir.
Bundan əvvəl Avropa KİV-ləri xəbər vermişdi ki, Aİ liderləri qarşıdakı sammitdə Rusiyaya qarşı sanksiyaların uzadılması mexanizminin dəyişdirilməsini müzakirə edəcəklər. Təklifə əsasən, sanksiyalar mövcud qaydada hər altı aydan bir deyil, birbaşa bir il müddətinə uzadıla bilər.
//Gülnarə Abasova, Editor.az


