Polşa Ukraynaya Volın hadisələri ilə bağlı çağırış edibbackend

Polşa Ukraynaya Volın hadisələri ilə bağlı çağırış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa hakimiyyəti Ukraynadan Volın hadisələri ilə bağlı həqiqəti əks etdirən rəsmi mövqe gözlədiyini bəyan edib.

Polşanın daxili işlər naziri Marçin Kervinski bildirib ki, Varşava Kiyevin bu mövzuda irəli sürdüyü bəzi iddiaları qəbul etmir və Ukraynadan tarixi hadisələrlə bağlı obyektiv və həqiqətə əsaslanan açıqlamalar gözləyir.

Nazirin sözlərinə görə, Volın hadisələri Polşa cəmiyyəti üçün mühüm tarixi məsələ olaraq qalır və bu mövzuda səmimi dialoq iki ölkə arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

//Samir Qurbanov, Editor.az