Rusiya Ermənistana xəbərdarlıq edib: “Həqiqət anı yetişib”backend

Rusiya Ermənistana xəbərdarlıq edib: “Həqiqət anı yetişib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski Ermənistan hakimiyyətini Avropa İttifaqı ilə yaxınlaşma siyasətinin mümkün nəticələrini nəzərə almağa çağırıb.

Slutski “Telegram” kanalında paylaşdığı açıqlamada bildirib ki, Ermənistan anlamalıdır ki, “Avropa siçan tələsindəki pendir pulsuz olmur”.

Onun sözlərinə görə, İrəvanın geosiyasi seçimləri müəyyən siyasi və iqtisadi öhdəliklərlə müşayiət olunacaq.
Rusiyalı deputat bunu Ermənistan üçün “həqiqət anı” adlandıraraq, ölkə rəhbərliyinin qarşıdakı qərarlarının gələcək strateji kurs baxımından həlledici olacağını vurğulayıb.

//Samir Qurbanov, Editor.az