“Tramp Ukraynada müharibəni dayandıra bilər”: ABŞ jurnalisti bunun yeganə yolunu açıqlayıbbackend

“Tramp Ukraynada müharibəni dayandıra bilər”: ABŞ jurnalisti bunun yeganə yolunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trump Ukraynada müharibənin dayandırılmasında həlledici rol oynaya bilər.

Bu barədə National Review nəşrinin jurnalisti Rebecca Heinrichs yazıb.

Müəllifin fikrincə, Tramp müxtəlif münaqişələrin həllində əldə etdiyi uğurları tez-tez vurğulasa da, Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin gözlədiyindən daha mürəkkəb olduğunu etiraf edib.

Heinrichs hesab edir ki, müharibənin sona çatdırılması üçün yeganə effektiv yol Rusiyaya qarşı qətiyyətli təzyiqin artırılması və Ukraynanın hərbi-siyasi baxımdan daha güclü dəstəklənməsidir. Onun fikrincə, yalnız bu halda Moskva danışıqlara real maraq göstərə bilər.

//Samir Qurbanov, Editor.az