Navai narkotik qalmaqalından sonra Qazaxıstandan deportasiya olundubackend

Navai narkotik qalmaqalından sonra Qazaxıstandan qovuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada məşhurlaşan azərbaycanlı reper Nəvai Bəkirovun (Navai) Qazaxıstanda saxlanılması ilə bağlı işdə yeni qərar verilib. Sənətçi barəsindəki cinayət işi dayandırılıb, özü isə ölkədən deportasiya edilib.

Editor.az-ın məlumatına görə, bu barədə Qazaxıstanın Jambıl vilayəti Polis Departamenti açıqlama yayıb.

Xatırladaq ki, reper oktyabrın 13-də Qırğızıstandan Qazaxıstana keçərkən “Korday” sərhəd-keçid məntəqəsində saxlanılmışdı. Avtomobilə baxış zamanı narkotik vasitə aşkarlanmış, oktyabrın 15-də məhkəmənin qərarı ilə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmişdi. Hadisə səbəbindən Navainin Astanada keçirilməsi planlaşdırılan konserti də ləğv olunmuşdu.

İşlə bağlı açıqlama verən reperin vəkili Rəna Kərimova bildirib ki, avtomobildə başqa şəxslər də olub. Onun sözlərinə görə, Navai məsuliyyəti öz üzərinə götürərək digər şəxsləri mümkün cəzadan qorumağa çalışıb.

Qazaxıstan hüquq-mühafizə orqanları sənətçinin əvvəllər cinayət törətməməsini və peşmanlığını nəzərə alaraq cinayət işinə xitam verib. Bununla belə, reperin ölkədən deportasiya olunması barədə qərar qəbul edilib.