“Qurtuluş” yenidən açılır – Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi – VİDEObackend

“Qurtuluş” yenidən açılır – Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qurtuluş” Reabilitasiya Mərkəzinin yenidən fəaliyyətə başlayacağı açıqlanıb.
“Bakupost” xəbər verir ki, bu barədə müəssisənin səhifəsində məlumat paylaşılıb.
Azadlığa buraxılan mərkəz rəhbəri Ceyhun Salmanovun son görüntüsü sosial şəbəkələrdə maraq doğurub. Belə ki, onun xeyli arıqladığı diqqət çəkib.
C.Salmanov Qarabağdan paylaşdığı videoda ətraf mühitin təmizliyi ilə bağlı fikirlər səsləndirib.
Qeyd edək ki, Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Ceyhun Salmanova 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilsə də, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona 2 il sınaq müddəti təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, “Qurtuluş Reabilitasiya Mərkəzi” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İlkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.