ABŞ-ın İrana gecə zərbələri qanlı bitdi: 14 ölü, 78 yaralı-SİYAHIbackend

ABŞ-ın İrana gecə zərbələri qanlı bitdi: 14 ölü, 78 yaralı-SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ilə İran İslam Respublikası arasında Pakistanın vasitəçiliyi ilə əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasının Prezident Donald Tramp tərəfindən rəsmən ləğv edilməsindən sonra, Amerika ordusunun başladığı genişmiqyaslı hava hərbi əməliyyatının qanlı nəticələri bəlli olub.

İranın Səhiyyə Nazirliyi ABŞ Hərbi Hava Qüvvələrinin ölkə ərazisinə endirdiyi intensiv zərbələr nəticəsində mülki və hərbi itkilərin qeydə alındığını rəsmən təsdiqləyib.

İran İslam Respublikasının Səhiyyə Nazirliyinin yaydığı rəsmi bəyanatda ABŞ Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq ölkənin 5 strateji əyalətinə kütləvi raket və dron zərbələri endirdiyi bildirilir. Nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Kermanpurun sözlərinə görə, 8 və 9 iyul 2026-cı il tarixlərində reallaşan bu kəskin hücumlar arxasında azı 14 nəfərin ölümünə, 78 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olub.

Yaralılardan 47 nəfərinin vəziyyətinin ağır olduğu və hazırda xəstəxanalarda müalicələrinin davam etdirildiyi xüsusi vurğulanıb.

İran rəsmi mənbələri və “Fars” agentliyi bu gecə ABŞ ordusunun mərkəzi komandanlığı (CENTCOM) tərəfindən hədəfə alınan və dağıntılara məruz qalan strateji əhəmiyyətli coğrafi nöqtələrin tam siyahısını dərc edib. Məlumata görə, Buşir şəhəri (yerli AES zərər görməyib) başda olmaqla, Port Kanqan, bədən dili qalmaqalları ilə tanınan Bender Lenge, böyük hərbi dəniz bazasının yerləşdiyi bəndər-Abbas, həmçinin dəniz naviqasiyasına nəzarət edən Sirik adası, Port Cask, Kolarak və Çabaharda güclü partlayışlar qeydə alınıb.

Eyni zamanda İranşəhr hava limanının dispetçer məntəqəsi, mühüm adalar sayılan Keşm, Əbu Musa, Lavan və Kiş adalarındakı SEPAH-a məxsus raket anbarları və dəniz nəzarət qüllələri darmadağın edilib. Hücumun ən strateji nöqtələrindən biri isə ölkənin şimal-şərqində, Gülüstan əyalətində yerləşən və Tehran-Məşhəd hərbi-logistik dəmir yolu xəttini birləşdirən mühüm Ak-Kala dəmir yolu körpüsünün vurularaq tamamilə sıradan çıxarılması olub ki, bu da regionda hərbi daşımaları iflic edib.

Musavat.com