Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıbbackend

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun Gürcüstana səfəri zamanı problem yaranıb. O, Tbilisi hava limanında gömrük əməkdaşları tərəfindən saxlanılıb, daha sonra isə Azərbaycan səfirliyinin müdaxiləsindən sonra sərbəst buraxılıb.

Editor.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə barədə İbad Hüseynovun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Bildirilib ki, ötən gün Gürcüstana gedən Milli Qəhrəman hava limanında yoxlama zamanı saxlanılıb. Ona Gürcüstan ərazisinə buraxılmayacağı barədə məlumat verildiyi qeyd olunur.

Məlumata əsasən, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsələyə müdaxiləsindən sonra İbad Hüseynov sərbəst buraxılıb.

Qeyd edək ki, İbad Hüseynov 23 oktyabr 2026-cı ildə Gürcüstanda keçirilməsi planlaşdırılan tədbirdə iştirak etmək məqsədilə Tbilisiyə səfər edib.

Onun saxlanılmasının konkret səbəbi barədə təqdim olunan məlumatda ətraflı açıqlama verilməyib.