ŞOK QƏRAR: Rəsmən elan olundu – İş yerində bunu etmək MƏCBURİ oldubackend

ŞOK QƏRAR: Rəsmən elan olundu – İş yerində bunu etmək MƏCBURİ oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistanda bütün işəgötürənlərin əməkdaşlar üçün hər gün ən azı 20 dəqiqəlik fiziki məşqlər təşkil etməsini məcburi edən yeni qayda qüvvəyə minib.

Musavat.com “Asia Plus”a istinadən xəbər verir ki, bununla bağlı ölkənin Səhiyyə Məcəlləsinə müvafiq dəyişikliklər edilib.

Tacikistanın ədliyyə naziri Müzəffər Aşuriyonun sözlərinə görə, bu yenilik ölkə prezidentinin 14 fevral 2026-cı il tarixli fərmanı əsasında hazırlanıb.

Qərarın əsas məqsədi əhali arasında piylənmə və şəkərli diabetin profilaktikası, həmçinin vətəndaşların sağlamlığının möhkəmləndirilməsidir.

Nazir vurğulayıb ki, bu tələb mülkiyyət formasından asılı olmayaraq bütün təşkilat və müəssisələrə şamil olunur.

“İşəgötürənlərin və rəhbər şəxslərin üzərinə gün ərzində ən azı 20 dəqiqəlik müntəzəm fiziki məşqlər təşkil etmək öhdəliyi qoyulub”, – deyə nazir bildirib.

Bundan əlavə, təşkilat rəhbərləri idmanla məşğul olmaq üçün lazımi şərait yaratmalı və bu fiziki aktivliklərdə şəxsən özləri də iştirak etməlidirlər.