TikTok-da TƏHLÜKƏ – Valideynlərə XƏBƏRDARLIQbackend

TikTok-da TƏHLÜKƏ – Valideynlərə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TikTok-da yayılan təhlükəli trend yeniyetmələrin ağır xəsarət almasına səbəb olur. Söhbət məşhur “skviş” (squishy) oyuncaqlarının mikrodalğalı sobada qızdırılmasından gedir.

Məlumata görə, yeniyetmələr oyuncaqları mikrodalğalı sobada qızdırmaqla onların daha yumşaq və toxunuş üçün daha xoş olacağını düşünürlər. Lakin mütəxəssislər bu cür məhsulların yüksək temperatura davamlı olmadığını bildirərək təhlükə barədə xəbərdarlıq edirlər.

Qızdırılma zamanı oyuncaqların daxilində təzyiq arta, nəticədə onlar mikrodalğalı sobanın içində və ya çıxarılan zaman qəfil partlaya bilər. Oyuncağın içindəki qaynar maddə ətrafa sıçrayaraq dəriyə və paltara yapışır, ağır yanıqlara səbəb olur. Nəşrin məlumatına əsasən, artıq üz və əl nahiyələrindən ağır yanıq xəsarətləri alan yeniyetmələr qeydə alınıb. Bəzi zərərçəkənlərin vəziyyətinin kritik olduğu bildirilir. Həkimlər valideynləri uşaqları məişət texnikasından təyinatına uyğun istifadə etməməyin təhlükələri barədə məlumatlandırmağa çağırırlar.

TikTok" заплатит штраф в размере 16,8 миллиона долларов | Modern.az

Qeyd edək ki, hazırda bur sıra xarici ölkələrdə problem artıq qeydə alınıb. Məsələn, Şotlandiyada bir neçə uşaq bu cür oyuncaqlardan aldığı yanıqlara görə müalicə olunub, ABŞ-da isə uşaq yanıq mərkəzləri valideynlərə xəbərdarlıq ediblər.Bəs Azərbaycanda necə, bu trendi varmı?

Mövzu ilə bağlı tanınmış pediatr Vaqif Qarayev Musavat.com-a danışıb. Pediatr bildirib ki, Azərbaycanda belə bir trendin mövcudluğundan hələlik xəbərdar deyil: “Belə bir trendin olduğunu hələlik eşitməmişəm. Ancaq dünyada nə qədər təhlükəli və zərərli trend varsa, onların zamanla ölkəmizə də gəlib çıxması mümkündür. Fikrimcə, Azərbaycanda bu cür hallar yaşansaydı, böyük ehtimalla, bu barədə məlumatlar yayılardı. Hələlik belə bir məlumatla qarşılaşmamışam. Ümid edirəm ki, ölkəmizdə belə hallar baş verməz. Ümumiyyətlə, söhbət təkcə qızdırıldıqda partlayan və ya ətrafa sıçrayan maddələrə görə təhlükə yaradan oyuncaqlardan getmir. Bu cür ucuz, keyfiyyətsiz məhsulların bəzilərinin gigiyenik baxımdan da riskli ola biləcəyini nəzərə almaq lazımdır. Onların tərkibi, istehsal şəraiti və hansı materiallardan hazırlandığı barədə valideynlərin əksəriyyətinin məlumatı yoxdur. Buna görə də belə məhsulların uşaqların sağlamlığı üçün nə dərəcədə təhlükəsiz olduğunu müəyyənləşdirmədən onlardan istifadə etmək düzgün deyil. Düzdür, bu oyuncaqlar çox ucuz olur və əsasən metro çıxışlarında, yol kənarlarında, küçələrdə satılır. Qiymətlərinin aşağı olması onları bir çox insan üçün əlçatan edir. Ancaq mən valideynlərə məsləhət görərdim ki, uşaqlarına oyuncaq alarkən onun ucuzluğuna deyil, keyfiyyətinə və təhlükəsizliyinə diqqət yetirsinlər. Uşağın əlinə keçən hər bir əşyanın onun sağlamlığı üçün təhlükəsiz olduğuna əmin olmaq lazımdır. Mənşəyi və tərkibi məlum olmayan, keyfiyyəti şübhə doğuran oyuncaqlardan mümkün qədər uzaq durmaq daha məqsədəuyğundur”.

Antibiotik soyuqdəymə və öskürək dərmanı deyil": Pediatr Vaqif Qarayevlə  müsahibə - (VİDEO)

Vaqif Qarayevin sözlərinə görə, təhlükəli trendin qarşısını almaq üçün ilk növbədə valideynlər məlumatlandırılmalıdır: “Söhbət konkret olaraq hansı oyuncaqdan gedirsə, ilk növbədə, onun nə olduğunu və hansı təhlükə yaratdığını valideynlərə ətraflı izah etmək lazımdır. İnsanlar bu adda bir oyuncağın mövcudluğundan, onun mikrodalğalı sobada qızdırıldıqda ağır xəsarətlərə səbəb ola biləcəyindən xəbərdar olmalıdırlar. Belə məhsulların bu məqsədlə istifadə edilməsinin yolverilməzliyi barədə mətbuatda və sosial şəbəkələrdə geniş maarifləndirmə aparılmalıdır. Çünki valideynlər təhlükənin nədən ibarət olduğunu bilməsələr, uşaqlarının da bundan xəbərdar olmasını təmin edə bilməzlər. Çox güman ki, valideyn nəzarətindən kənarda qalan uşaqlar sosial şəbəkələrdə gördükləri videoların təsiri ilə belə hərəkətlərə əl atırlar. Oyuncağı götürüb mikrodalğalı sobada qızdırır, nəticədə onun daxilindəki maddənin sıçraması və ya qəfil açılması səbəbindən xəsarət alırlar. Buna görə də burada əsas məsələlərdən biri valideyn nəzarəti, digəri isə uşaqların təhlükəli internet çağırışları barədə məlumatlandırılmasıdır”.

“Niyə uşaqlar və yeniyetmələr sosial şəbəkələrdə gördükləri təhlükəli hərəkətləri təkrarlayır və onları trendə çevirirlər” sualına isə pediatr bu cür cavab verib: “Məsələ ondadır ki, burada söhbət yalnız yeniyetmələrdən getmir. Daha kiçik yaşlı uşaqlar da saatlarla telefondan istifadə edir, müxtəlif sosial şəbəkələrdə videolara baxırlar. Həmin platformalarda yayımlanan məzmuna diqqət yetirsək, aqressiya, təhlükəli hərəkətlər və uşaqların təqlid edə biləcəyi davranışlarla tez-tez qarşılaşmaq mümkündür. Uşaqlar gördüklərini bəzən nəticəsini düşünmədən təkrarlayırlar. Onlar videoda nümayiş etdirilən hərəkətin hansı fəsadlara səbəb ola biləcəyini dərk etməyə bilərlər. Yeniyetməlik dövrünün isə özünəməxsus psixoloji xüsusiyyətləri var. Bu yaşda uşaqlar özlərini göstərməyə, başqalarından fərqlənməyə, diqqət çəkməyə və yaşıdları arasında müəyyən mövqe qazanmağa çalışırlar. Bəzən onların davranışında özünü təsdiq etmək istəyi həddindən artıq güclənir. Yeniyetmə düşünə bilər ki, başqalarının etmədiyi bir hərəkəti etməklə fərqlənəcək, maraq doğuracaq və diqqət mərkəzinə düşəcək. O, hansı videoya baxdığını, hansı hərəkəti etdiyini və nəyə maraq göstərdiyini başqalarına nümayiş etdirməyə çalışır. Təhlükəli trendə qoşulmaq da bəzən məhz bu istəyin nəticəsi olur. Digər tərəfdən, valideynlərin hamısını qınamaq da düzgün deyil. Elə valideynlər var ki, ailəni dolandırmaq üçün gün ərzində işləməli, vaxtının böyük hissəsini işə sərf etməli olur. Belə vəziyyətdə uşağa daim nəzarət etmək çətinləşir. Valideyn ailənin maddi ehtiyaclarını qarşılamaq üçün çalışır, uşaq isə müəyyən müddət nəzarətsiz qalır. Bu reallığı da nəzərə almaq lazımdır. Amma digər tərəfdən, uşağın bütün gününü telefonda keçirməsinə laqeyd yanaşmaq da olmaz. Valideyn uşağının hansı videolara baxdığını, hansı səhifələri izlədiyini, nələrlə maraqlandığını bilməlidir. Xüsusilə də uşağın təhlükəli davranışları təqlid etməyə başladığı hallarda bu məsələyə daha ciddi yanaşmaq lazımdır.

Mən bir çox valideynin uşaqların telefon istifadəsini məhdudlaşdırmaq barədə danışarkən “Doktor, mümkün deyil” dediyini eşidirəm. Açığı, bu yanaşmanı başa düşməkdə çətinlik çəkirəm. Axı niyə mümkün olmasın? Əlbəttə, uşağın telefon istifadəsinə nəzarət etmək səbir və ardıcıllıq tələb edir. Ancaq bu, tamamilə mümkünsüz bir məsələ deyil.

Tanıdığım valideynlər var ki, uşaqları üçün konkret qaydalar müəyyənləşdiriblər. Məsələn, telefon istifadəsinə gündə yarım saat və ya bir saat vaxt ayırırlar, bunun üçün də günün müəyyən saatlarını seçirlər. Uşaq həmin vaxt ərzində valideyninin yanında telefondan istifadə edir. Beləliklə, həm uşağın telefonla keçirdiyi vaxt məhdudlaşdırılır, həm də onun hansı məzmuna baxdığına nəzarət etmək mümkün olur. Təəssüf ki, valideynlərin əksəriyyəti bunu mümkünsüz hesab edir. Mən isə düşünürəm ki, uşağın təhlükəsizliyi və gələcək davranışları baxımından bu məsələyə daha ciddi yanaşmaq lazımdır. Telefonu uşağın əlindən birdəfəlik almaq hər zaman mümkün və ya düzgün həll yolu olmaya bilər. Ancaq istifadə müddətini müəyyənləşdirmək, yaşına uyğun olmayan və təhlükəli məzmunu məhdudlaşdırmaq, uşağa başa salmaq və onunla ünsiyyət qurmaq valideynin görə biləcəyi işlərdir. Ən vacibi, uşaqlara sosial şəbəkələrdə gördükləri hərəkətin təkrarlanmalı olmadığını, populyarlıq və diqqət qazanmaq naminə sağlamlıqlarını təhlükəyə atmamalı olduqlarını başa salmaqdır. Valideyn nəzarəti, düzgün maarifləndirmə və məsuliyyətli internet istifadəsi belə təhlükəli halların qarşısının alınmasında mühüm rol oyn