Hövsanda məktəbin mühafizəçisinə 10-a yaxın şəxs hücum etdi – İki nəfər həbs olundubackend

Hövsanda məktəbin mühafizəçisinə 10-a yaxın şəxs hücum etdi – İki nəfər həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Hövsan qəsəbəsində məktəbin mühafizəçisinə hücum edərək ona ağır bədən xəsarətləri yetirməkdə şübhəli bilinən şəxslərdən ikisi saxlanılıb. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Məlumata görə, hadisə Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində qeydə alınıb. Bir qrup şəxsin təhsil müəssisəsinin xarici divarına ekstremist məzmunlu şüarlar yazmaq niyyətində olduğu bildirilir.

Bu zaman həmin şəxslərlə məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Münaqişə sonradan fiziki qarşıdurmaya çevrilib və təxminən 10 nəfər mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.

Baş nahiyəsindən xəsarət alan mühafizəçi xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib və əməliyyat olunub.

Hadisənin digər iştirakçılarının müəyyənləşdirilməsi və insidentin bütün təfərrüatlarının aydınlaşdırılması istiqamətində araşdırmalar davam etdirilir.