Lavrovdan AQEM-lə bağlı açıqlama: Təşkilata maraq artırbackend

Lavrovdan AQEM-lə bağlı açıqlama: Təşkilata maraq artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər naziri Sergey Lavrov bir sıra ölkələrin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) fəaliyyətinə marağının artdığını bildirib.

Editor.az xəbər verir ki, Lavrov bu barədə AQEM-in VII Zirvə toplantısında çıxışı zamanı danışıb.

Rusiyalı nazirin sözlərinə görə, praktiki əməkdaşlığın genişləndirilməsinə xidmət edən regional təşkilatların beynəlxalq münasibətlərdə rolu getdikcə artır. O, bu qurumlar arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Lavrov AQEM-i regional əməkdaşlıq prosesində əhəmiyyətli platforma kimi qiymətləndirib. Onun sözlərinə görə, Müşavirə Avrasiya İqtisadi Komissiyası, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Katibliyi və təşkilatın Regional Antiterror Strukturu ilə işgüzar əlaqələr qurub.

Nazir qeyd edib ki, iştirakçı ölkələrin əsas məqsədi AQEM-in fəaliyyətini dəyişən beynəlxalq şəraitə uyğunlaşdırmaq, qurumun imkanlarından istifadə etməklə Asiyada iqtisadi inkişafı və rifahı dəstəkləməkdir.

Lavrov Rusiyanın AQEM-in inkişafına praktiki əməkdaşlıq vasitəsilə töhfə verməyə davam etdiyini bildirib. O əlavə edib ki, Moskva qarşıya qoyulan məqsədlərə çatmaq üçün nəticəyönümlü tərəfdaşlarla birgə işləyir.