Qazıntı zamanı elə şey tapdılar ki… – ŞOK oldular – FOTObackend

Qazıntı zamanı elə şey tapdılar ki… – ŞOK oldular – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Qran kommununda aparılan arxeoloji qazıntılar zamanı qədim Roma dövrünə aid 1000-dən çox sümük oyun zəri aşkarlanıb. Tarixi yolun kənarında yerləşən kiçik tikilinin ətrafında tapılan zərlərin sıx şəkildə bir yerdə olması arxeoloqların diqqətini cəlb edib.

arxeoloqların araşdırmasına görə, sarı fon üzərində qırmızı rəngli divarları olan tikilinin ölçüləri 4,5 x 3,8 metrdir. Qədim Roma yoluna baxan bu tikilinin təməlində tikinti zamanı yerləşdirilmiş üç oyun zəri də aşkarlanıb.

Qazıntılar zamanı zərlərlə yanaşı, Roma şəhərləri üçün xarakterik olan digər əşyalar da tapılıb. Bunların arasında bürünc sikkələr, paltarları bərkitmək üçün istifadə edilən fibulalar, tikiş iynələri, ayaqqabı mismarları, keramika parçaları və heyvan sümükləri var.

Zərlərin üzərindəki nöqtələrin daha aydın görünməsi üçün onların arı mumu və kömür qarışığı ilə tündləşdirildiyi müəyyən edilib. Həmçinin, zərlərin qarşı-qarşıya yerləşən üzlərindəki nöqtələrin cəminin 7 olması ənənəvi quruluşa uyğun istehsal edildiklərini göstərir.

Eramızın I–III əsrlərinə aid edilən tikilinin təyinatı hələ dəqiq müəyyənləşdirilməyib. Tədqiqatçılar üç əsas ehtimal üzərində dayanırlar:

– Oyun zərlərinin istehsal edildiyi emalatxana;
– Dini məqsədlər üçün istifadə olunan kiçik müqəddəs məkan;
– Tanrının himayəsi altında oyunların keçirildiyi xüsusi yer.

Tikilinin şimal hissəsində yerləşən 20 metrlik xəndək, taxta su borularına aid birləşdirici hissələr və su anbarının qalıqları ətrafında da qazıntılar davam etdirilir.

Aşkarlanmış zərlərin ətraflı laboratoriya tədqiqatı üçün Milli Arxeologiya Muzeyinə göndəriləcəyi bildirilir.

Bu gün kiçik yaşayış məntəqəsi olan Qran Roma dövründə Andesina adlı şəhərin ərazisində yerləşirdi. Məqalədə bildirilir ki, qədim şəhər təxminən 70 hektar ərazini əhatə edib, 17 min nəfərlik amfiteatra və böyük mozaikaları ilə seçilən bazilikaya malik olub.

Şəhərdə şəfa tanrısı Apollon Qrannusa həsr edilmiş məbəd də yerləşirdi. Tarixi mənbələrə görə, Roma imperatoru I Konstantin eramızın 310-cu ilində bu şəhərə səfər edib.

Yeni tapıntının qədim Romada gündəlik həyat, oyun mədəniyyəti və dini inanclar barədə əlavə məlumatlar verəcəyi gözlənilir.

Musavat.com