Türkiyənin İstanbul şəhərində baş verən sel nəticəsində həyatını itirənlərin sayı 3-ə yüksəlib. Hadisə ilə əlaqədar daha 3 nəfərin itkin düşdüyü bildirilir.
Editor.az TRT Haber-ə istinadən xəbər verir kİstanbul Valiliyi tərəfindən yayılan məlumata görə, sel zamanı tapılan daha bir nəfərin meyitinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Aidiyyəti qurumlar itkin düşən şəxslərin axtarışını davam etdirirlər. Hadisənin digər təfərrüatları ilə bağlı əlavə məlumat açıqlanmayıb.
\\ Aydan Bünyatova, Editor.az

