Türkiyədə “Araz Turizm” avtobusunun sürücüsü naxçıvanlı sərnişini döyərək xəstəxanalıq edib. Zərbələr nəticəsində sərnişində beyin qanaması baş verib və o, xəstəxanaya yerləşdirilib.
Bakupost.az xəbər verir ki, hadisənin Kağızman şəhəri, İstanbul-İğdır marşrutu üzrə hərəkət edən avtobusda baş verdiyi bildirilib.
Sərnişinlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, mübahisə avtobusun yolda əlavə sərnişin götürmək üçün tez-tez və uzun fasilələr verməsindən sonra yaranıb. Şahidlər sürücünün sərnişini avtobusdan zorla düşürərək döydüyünü bildirirlər.
Qeyd olunub ki, naxçıvanlı sərnişinlər belə hallarla tez-tez rastlaşdıqlarını, saatlarla yolda gözlədildiklərini və alçaldıldıqlarını deyirlər.

