Yaxın Şərqdə gərginlik artır: Ər-Riyadda partlayışlar, hava limanında uçuşlar dayandırıldıbackend

Yaxın Şərqdə gərginlik artır: Ər-Riyadda partlayışlar, hava limanında uçuşlar dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda, o cümlədən Kral Xalid Beynəlxalq Hava Limanı ərazisində bir neçə güclü partlayış səsi eşidilib.

Hadisədən sonra hava limanında uçuşların müvəqqəti dayandırıldığı və terminalların boşaldıldığı bildirilib.
Yəməndəki husilər hücuma görə məsuliyyəti üzərinə götürərək Ər-Riyad hava limanına ballistik raketlə zərbə endirdiklərini iddia ediblər. Lakin onların açıqlamasını müstəqil şəkildə təsdiqləyən məlumat təqdim edilməyib və Səudiyyə hakimiyyəti hadisə ilə bağlı dərhal geniş açıqlama verməyib.

Eyni zamanda, Qətər sahilləri yaxınlığında neft tankerinə mərmilərlə hücum edildiyi və nəticədə itkilərin olduğu bildirilib. Hadisənin məsul şəxsləri hələlik müəyyən edilməyib.

//Samir Qurbanov, Editor.az