Oktyabrın 10-da Azərbaycanda yağışlı hava şəraiti müşahidə olunacaq. Paytaxt Bakıda və Abşeron yarımadasında yağışın bəzi saatlarda intensivləşəcəyi, ayrı-ayrı ərazilərdə isə güclü olacağı gözlənilir.
Editor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, gecə saatlarında Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində intensiv yağış yağacaq, şimşək çaxacaq. Günün ikinci yarısında yağıntının tədricən dayanacağı proqnozlaşdırılır. Paytaxtda mülayim şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-17, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət isə 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da yağış gözlənilir
Ölkənin müxtəlif bölgələrində arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv yağıntıların olacağı bildirilir. Ayrı-ayrı ərazilərdə şimşək çaxması və dolu düşməsi ehtimalı var. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.
Oktyabrın 9-dan 10-na keçən gecə və səhər saatlarında bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi ehtimal edilir. Axşama doğru yağışın tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi ərazilərdə duman müşahidə oluna bilər. Rayonlarda mülayim qərb küləyi əsəcək.
Bölgələrdə havanın temperaturu gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə temperaturu 2-6, gündüz isə 7-12 dərəcə isti təşkil edəcək.

