Tramp Lebron Ceymsdən üzrxahlıq tələb etdi – Videobackend

Tramp Lebron Ceymsdən üzrxahlıq tələb etdi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp məşhur amerikalı basketbolçu Lebron Ceymsin dövlət himni oxunarkən nümayiş etdirdiyi davranışı kəskin tənqid edib və onun üzr istəməli olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social” platformasındakı hesabında paylaşım edib.

“Lebron Ceyms himnimizi dinləyərkən ölkəmizə qarşı böyük hörmətsizlik etdi! Mən əvvəldən demişdim ki, o, yararsız bir adamdır, tam bir rüsvayçılıqdır”, – deyə Tramp qeyd edib. O əlavə edib ki, Ceyms hərəkətlərinə görə, xüsusilə ABŞ hərbçilərindən üzr istəməlidir.

Tramp bu sözləri Nyu-Yorkda keçirilən oyundan əvvəl çəkilmiş videoçarxa reaksiya verərkən bildirib. Kadrlarda dövlət himni səslənən zaman Lebron Ceymsin qollarını yelləyərək idman hərəkətləri etməsi və basketbol topunu səbətə atırmış kimi imitasiya etməsi yer alıb.

Qeyd edək ki, Milli Basketbol Assosiasiyasının (NBA) tarixinin ən məhsuldar oyunçusu olan Lebron Ceyms bundan əvvəl də dəfələrlə Trampı və Respublikaçılar Partiyasının nümayəndələrini açıq şəkildə tənqid edib, Demokratlar Partiyasının siyasətçilərinə dəstək verib.

Hazırda “Filadelfiya” klubunda çıxış edən ulduz basketbolçu 4 dəfə NBA çempionu olub, 4 dəfə mövsümün ən yaxşı oyunçusu seçilib və ABŞ yığmasının heyətində üçqat Olimpiya çempionudur (2008, 2012, 2024).