ABŞ Dövlət katibi Marko Rubio və NATO-nun Baş katibi Mark Rutte arasında telefon danışığı olub.
Musavat.com Dövlət Departamentinin məlumatına istinadən xəbər verir ki, danışıq zamanı Ukraynadakı münaqişənin həlli və Qara dənizdə təhlükəsizlik məsələləri müzakirə edilib: “Dövlət katibi və Baş katib Qara dənizdəki təhlükəsizlik məsələlərini və Rusiya ilə Ukrayna arasında münaqişənin danışıqlar yolu ilə həllini asanlaşdırmaq üçün davam edən səyləri müzakirə ediblər”.
Rubio və Rutte həmçinin NATO xarici işlər nazirlərinin dekabr görüşünə hazırlıqları müzakirə ediblər.

