ABŞ İrana qarşı sanksiya siyahısını genişləndiribbackend

ABŞ İrana qarşı sanksiya siyahısını genişləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirərək siyahıya 10 hüquqi şəxs və 8 neft tankerini daxil edib.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb. 

Sanksiya tətbiq edilən şirkətlər İran, Honkonq və Marşall adalarında qeydiyyatdan keçib.

Sanksiya siyahısına daxil edilmə həmin şəxslər və qurumların ABŞ ərazisindəki aktivlərinin bloklanmasını, həmçinin ABŞ vətəndaşları və şirkətlərinin onlarla biznes əlaqələri qurmasına qadağa qoyulmasını nəzərdə tutur. 

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fevralın 28-də başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında, o cümlədən Livanı da əhatə edən bütün istiqamətlər üzrə atəşkəsə dair memorandum imzalanıb. Lakin ABŞ iyulun 8-də İranı Hörmüz boğazında təhlükəsizliklə bağlı razılaşmaları pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri yenidən bərpa edib. 

//Gülnarə Abasova, Editor.az