Azərbaycanın Avstriyadakı səfiri geri çağırılıbbackend

Azərbaycanın Avstriyadakı səfiri geri çağırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycanın Avstriya və Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Editor.az  President.az-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısınmın digər Sərəncamı ilə R.Sadıqbəyli Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

Xatırladaq ki, R.Sadıqbəyli 2021-ci il iyulun 23-də Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri və digər vəzifələrə təyin olunmuşdu.