Newsweek: Rusiyada yeni səfərbərlik müharibənin gedişini uzada bilərbackend

Newsweek: Rusiyada yeni səfərbərlik müharibənin gedişini uzada bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada payız aylarında yeni məcburi səfərbərlik dalğasının elan ediləcəyi təqdirdə, bu addım Ukraynadakı müharibənin müddətini uzada bilər, lakin onun yekun nəticəsinə həlledici təsir göstərməyəcək.

Bu barədə Newsweek nəşri hərbi ekspertlərin qiymətləndirmələrinə istinadən məlumat yayıb.
Ekspertlərin fikrincə, əlavə canlı qüvvənin cəlb edilməsi Rusiyaya cəbhədə itkiləri qismən kompensasiya etməyə və döyüş əməliyyatlarını daha uzun müddət davam etdirməyə imkan verə bilər. Bununla belə, bu addım müharibənin strateji gedişatını və yekun nəticəsini köklü şəkildə dəyişdirəcək amil hesab edilmir.

Mütəxəssislər bildirirlər ki, mümkün yeni səfərbərlik yalnız münaqişənin uzanmasına təsir göstərə bilər, lakin hərbi və siyasi baxımdan son nəticəni müəyyən edəcək əsas amil olmayacaq.

//Samir Qurbanov, Editor.az