Ukrayna Prezidenti Volodymyr Zelenskyy Rusiya ərazisinin dərinliklərinə, o cümlədən Moskva və Sankt-Peterburqa yönələn dron əməliyyatlarının məqsədi barədə açıqlama verib.
Editor.az xəbər verir ki, Bu barədə o, britaniyalı The Guardian nəşrinə verdiyi müsahibədə danışıb.
Zelenski bildirib ki, uzaqmənzilli dronların Rusiya şəhərləri üzərində görünməsi və səs-küy yaratması müharibənin real təsirinin Rusiya ictimaiyyəti tərəfindən daha aydın hiss edilməsinə səbəb olur. Onun sözlərinə görə, bu cür addımların məqsədi müharibənin nəticələrinin yalnız cəbhə xətti ilə məhdudlaşmadığını göstərməkdir.
Prezident qeyd edib ki, Moskva və Sankt-Peterburq kimi iri şəhərlərin sakinlərinin müharibənin təsirini hiss etməsi Rusiyada ictimai şüur və siyasi mövqelərə təsir göstərə bilər.
Müsahibə beynəlxalq mediada geniş rezonans doğurub və Ukraynanın müharibə strategiyası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
//Samir Qurbanov, Editor.az


