ABŞ və İsrail İrana qarşı mümkün hərbi əməliyyatların yenidən başlamasına fəal şəkildə hazırlaşırlar.
Musavat.com xəbər verir ki, məlumatı “The New York Times” mənbələrə istinadən yayıb. Qəzetin mənbələrinə görə, İran artıq gələn həftənin əvvəlində yeni hücumlara məruz qala bilər. Qəzet qeyd edir ki, ABŞ prezidenti Donald Trampın müşavirləri hücumların bərpası üçün planlar hazırlayıblar, lakin Ağ Ev hələlik yekun qərar verməyib.
Mənbənin sözlərinə görə, Amerika liderinin nəzərdən keçirdiyi variantlar arasında İranın bombardmanını gücləndirmək və nüvə obyektlərindən zənginləşdirilmiş uranı çıxarmaq üçün xüsusi qüvvələr tərəfindən yerüstü əməliyyat keçirmək dəvar.
Daha əvvəl NBC News mənbələrə istinadən xəbər vermişdi ki, Pentaqon atəşkəs bitərsə, İrana qarşı hərbi əməliyyatın adını “Çəkic” adlandırmağı planlaşdırır.


