Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ Prezidenti Donald Trampdan hərbi yardım istəməsini sərt şəkildə tənqid edib.
Editor.az xəbər verir ki, Juravlovun sözlərinə görə, Zelenskinin əsas məqsədi Qərbdən Ukraynaya silah və maliyyə dəstəyi əldə etməkdir. Rusiya parlamentari Ukrayna liderini “şantaj və manipulyasiya ustası” adlandırıb.
Editor.az xəbər verir ki, bu açıqlama Zelenskinin Trampdan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlərin verilməsinə yardım etməsini istəməsindən sonra səslənib. Zelenski Kiyevin hazırda tələb olunan raket ehtiyatının 5 faizinə belə malik olmadığını bildirib.
Juravlov həmçinin bildirib ki, mövcud raket ehtiyatının bu səviyyəsi Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün uzunmüddətli ehtiyaclarını qarşılamır.
Rusiya deputatının fikirləri Ukrayna tərəfinin mövqeyindən fərqli siyasi qiymətləndirmədir.
//Samir Qurbanov, Editor.az

