Rusiya xarici işlər naziri Sergey Lavrov Yaponiyanın xarici və təhlükəsizlik siyasətində yeni istiqamət götürdüyünü bildirib.
Lavrovun sözlərinə görə, Yaponiya hakimiyyəti milli maraqlarını ABŞ ilə sıx əməkdaşlıq çərçivəsində təmin etməyə üstünlük verib və ölkənin hərbiləşdirilməsi istiqamətində siyasət yürüdür. O, bu barədə müsahibəsində danışıb.
Rusiya XİN rəhbəri hesab edir ki, Tokionun Vaşinqtonla hərbi-siyasi əməkdaşlığını gücləndirməsi Yaponiyanın təhlükəsizlik siyasətində dəyişikliklərdən xəbər verir.
Lavrov daha əvvəl də Yaponiyanın hərbiləşmə siyasətinin regional sabitliyə mənfi təsir göstərə biləcəyi barədə narahatlığını ifadə edib.
Rusiya tərəfi Yaponiyanın müdafiə imkanlarının genişləndirilməsini və ABŞ-la hərbi əməkdaşlığın gücləndirilməsini Asiya-Sakit okean regionunda təhlükəsizlik vəziyyətinə təsir edən amillərdən biri kimi qiymətləndirir.
//Samir Qurbanov, Editor.az

