Bakıda güclü YANĞIN – VİDEObackend

Bakıda güclü YANĞIN – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Qurumdan  verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınla mübarizə tədbirləri davam edir. Əlavə məlumat veriləcək.

Bakıda güclü yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, hadisə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri müvafiq ünvanda operativ tədbirlər həyata keçirirlər.