“Brain Academy”də 2 yaşlı uşağın döyülməsi iddiası: Polis hərəkətə keçdibackend

“Brain Academy”də 2 yaşlı uşağın döyülməsi iddiası: Cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Bakıxanov qəsəbəsində yerləşən “Brain Academy” filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi iddiası hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Editor.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi üzrə cinayət işi başlanılıb.

Hazırda faktın bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün zəruri istintaq tədbirləri davam etdirilir.