Bakının Sabunçu rayonunda aparılacaq təmir işləri səbəbindən bir neçə gün ərzində bəzi yollarda avtomobillərin hərəkəti gecə saatlarında tam məhdudlaşdırılacaq.
Editor.az-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Təmir işləri Bəşir Bünyadov küçəsinin “Koroğlu” metro stansiyasından, “Piramida” istiqamətindən Heydər Əliyev prospektinədək uzanan hissəsində, həmçinin Bakıxanov qəsəbəsi istiqamətində aparılacaq.
Açıqlamaya əsasən, həmin ərazilərdə nəqliyyatın hərəkəti aşağıdakı vaxtlarda dayandırılacaq:
– 21 oktyabr saat 23:00-dan 22 oktyabr saat 08:00-dək;
– 22 oktyabr saat 23:00-dan 23 oktyabr saat 08:00-dək;
– 23 oktyabr saat 23:00-dan 24 oktyabr saat 08:00-dək.
Beləliklə, məhdudiyyətlər üç gecə ardıcıl qüvvədə olacaq.
Sürücülərə həmin saatlarda alternativ marşrutlardan istifadə etmək, yollarda hərəkət edərkən diqqətli olmaq tövsiyə edilir.

