Dövlət Statistika Komitəsinin strukturunda yeniliklər edilib. Bir sıra mövcud şöbələr ləğv olunub, onların əvəzinə yeni struktur bölmələri yaradılıb.
Editor.az xəbər verir ki, dəyişikliklər çərçivəsində Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma, Keyfiyyətin idarə edilməsi və metaməlumatlar, Ticarət statistikası, Xidmət statistikası, Əhali statistikası və Sosial statistika şöbələri fəaliyyətini dayandırıb.
Bunun əvəzində Statistik vahidlərin reyestri və metodologiya, Statistik keyfiyyətin təminatı, Strateji inkişaf, Daxili ticarət və xidmət statistikası, Beynəlxalq ticarət statistikası, eləcə də Demoqrafiya və sosial statistika şöbələri yaradılıb.
Beləliklə, komitənin strukturunda statistika məlumatlarının hazırlanması, keyfiyyətə nəzarət, ticarət göstəriciləri və demoqrafik məlumatlarla bağlı bölmələrin təşkili yenilənib.

