Rusiya Ukrayna və ABŞ ilə müharibənin dayandırılmasına dair danışıqların noyabr ayında yenidən başlanmasına prinsip etibarilə razılıq verib.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Vladimir Putinlə görüşündən sonra məlumat verib.
Editor.az xəbər verir ki, Məlumata görə, yeni danışıqların əsas mövzularından biri münaqişə başa çatdıqdan sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin necə təmin olunacağı olacaq. Tərəflər arasında bu formatda sonuncu görüş fevral ayında keçirilib.
Uitkoff Putinə Norveçin paytaxtı Osloda Ukrayna prezidenti Volodimir Zelenski, Norveçin baş naziri və Finlandiya prezidenti ilə apardığı müzakirələr barədə məlumat verib. ABŞ tərəfi həmin təmaslarda müharibənin həlli üçün yeni yanaşmaların müzakirə edildiyini bildirib.
Rusiya rəsmisinin sözlərinə görə, görüşdə ABŞ və Rusiya arasında enerji təchizatı ilə bağlı razılaşma və İran ətrafındakı vəziyyət də müzakirə olunub.
//Samir Qurbanov, Editor.az

