Avropa İttifaqı Arktika bölgəsində təhlükəsizliyi gücləndirmək üçün yeni strategiya təqdim edibbackend

Avropa İttifaqı Arktika bölgəsində təhlükəsizliyi gücləndirmək üçün yeni strategiya təqdim edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Arktika bölgəsinin artan geosiyasi əhəmiyyətini nəzərə alaraq yeni təhlükəsizlik strategiyasını açıqlayıb.

Planın əsas istiqamətləri peyk müşahidəsinin gücləndirilməsi, sualtı kommunikasiya kabellərinin qorunması və üzv ölkələrin buzqıran gəmilər əldə etməsinə dəstək göstərilməsidir.

Arktika son illərdə ABŞ, Rusiya, Çin və Avropa dövlətləri arasında strateji rəqabətin mühüm istiqamətlərindən birinə çevrilib. İqlim dəyişikliyi nəticəsində buz örtüyünün azalması yeni dəniz marşrutlarının açılması ehtimalını artırır. Bu isə həm ticarət, həm də hərbi-logistik baxımdan regionun əhəmiyyətini yüksəldir.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib ki, beynəlxalq münasibətlərdə suverenlik və ərazi bütövlüyü kimi prinsiplərin əvvəlki kimi təmin olunacağına arxayın olmaq mümkün deyil. Onun sözlərinə görə, Avropa dəyişən təhlükəsizlik şəraitinə uyğun addımlar atmalıdır.

Strategiya həmçinin kritik infrastruktura nəzarətin artırılmasını və Arktikada müşahidə imkanlarının genişləndirilməsini nəzərdə tutur.

//Samir Qurbanov, Editor.az