Putin Trampın xahişinə əsasən onu azad etdibackend

Putin Trampın xahişinə əsasən onu azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə Sankt-Peterburqdakı görüşü başa çatıb. Hələlik görüşün detalları ilə bağlı geniş məlumat yoxdur. Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarının xüsusi elçisi Stiv Uitkoff ilə görüşündə ona Xüsusi Hərbi Əməliyyat zonasındakı vəziyyət barədə məlumat verib, harada ki, strateji təşəbbüs tamamilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin tərəfindədir. Bu barədə jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib. “Vladimir Putin həmsöhbətinə təmas xəttindəki vəziyyətin obyektiv mənzərəsini təqdim edib, harada ki, strateji təşəbbüs tamamilə Rusiya qoşunlarının əlindədir. Qeyd olunub ki, onlar bütün əsas istiqamətlərdə fasiləsiz hücumu davam etdirirlər”, – deyə Uşakov bildirib.

Musavat.com “Kommersant”a istinadən xəbər verir ki, danışıqlar başlamazdan əvvəl Putin Rusiyada məkum olunmuş amerikalı Stiven Habbardın azad edildiyini bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu qərarı Donald Trampın xahişi və 74 yaşlı kişinin səhhətinin vəziyyəti ilə izah edib. “Birincisi – bu, Prezident Trampın xahişidir. İkincisi – onun səhhətinin vəziyyətidir, o, çox sağlam insan deyil. Hələ bizə düşməzdən əvvəl də çox sağlam deyildi. Və humanitar mülahizələri rəhbər tutaraq belə bir qərar qəbul edildi”, – deyə Peskov “Pervıy kanal”a müsahibəsində bildirib.

ABŞ lideri D.Tramp da təsdiqləyib ki, son telefon danışığı zamanı Habbardın azad edilməsini şəxsən Putindən xahiş edib. Azad olunma elan edilən anda amerikalı Pulkovo hava limanında olub.

Qeyd edək ki, Habbard 2022-ci ilin aprelində Ukraynanın İzyum şəhəri Rusiya qoşunları tərəfindən tutulduqdan sonra saxlanılıb. 2024-cü ildə o, muzdlu döyüşçü olmaqda ittiham olunaraq 6 il 10 ay müddətinə ümumi rejimli müəssisədə azadlıqdan məhrum edilib. İstintaqın versiyasına görə, o, İzyum ərazi müdafiə batalyonu ilə müqavilə bağlayıb. Habbard Xarkov vilayətinə 2014-cü ildə vətəndaş nikahında olduğu həyat yoldaşının yanına köçüb.