Şimali Koreya Cənubi Koreya sərhədində təbliğat yayımlarını bərpa etməyə hazırlaşırbackend

Şimali Koreya Cənubi Koreya sərhədində təbliğat yayımlarını bərpa etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya Cənubi Koreya ilə sərhəddə səsucaldıcılar vasitəsilə təbliğat yayımlarını yenidən başlatmaq niyyətində olduğunu açıqlayıb.

Bu qərar iki ölkə arasında hərbi gərginliyin artdığı bir vaxta təsadüf edir.

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Con bildirib ki, Pxenyan sərhəd bölgəsində hərbi mövqelərin möhkəmləndirilməsi işlərini davam etdirəcək.

Şimali Koreya tərəfi bu tədbirləri ölkənin təhlükəsizliyi üçün vacib hesab edir.
Gərginliyin artmasına səbəb olan hadisələrdən biri sərhəddə baş vermiş mina partlayışlarıdır.

Cənubi Koreyanın üç hərbçisi bu partlayışlar nəticəsində yaralanıb. Seul hadisələrə görə Pxenyanı məsuliyyətli hesab etsə də, Şimali Koreya bu ittihamları rədd edir.
Son aylarda Şimali Koreya sərhəd boyunca minalar, tikanlı məftillər və tank əleyhinə maneələr yerləşdirməklə müdafiə xətlərini gücləndirir. Cənubi Koreya hərbçiləri isə sərhədin pozulduğunu iddia etdikləri bəzi hallarda xəbərdarlıq atəşi açdıqlarını bildirirlər.

//Samir Qurbanov, Editor.az