Tramp: Reytinqlərim tarixdə ilk dəfə rekord həddə yüksəlibbackend

Tramp: Reytinqlərim tarixdə ilk dəfə rekord həddə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trump özünün real reytinqlərinin tarixdə ən yüksək səviyyəyə çatdığını bəyan edib.

Amerika lideri bu barədə sosial şəbəkədə paylaşım edərək, “Mənim həqiqi sorğu reytinqlərim indiyədək ən yüksək göstəricidədir. Təşəkkür edirəm!” sözlərini yazıb.

Lakin son ictimai rəy sorğularının nəticələri Trampın iddiası ilə üst-üstə düşmür. Bir sıra araşdırmalarda onun dəstək səviyyəsinin son aylarda azaldığı və ikinci prezidentlik dövrünün ən aşağı göstəricilərindən birinə yaxınlaşdığı qeyd olunur.

Qeyd edək ki, Tramp daha əvvəl də sorğuların nəticələrini tənqid edərək bəzi reytinqləri “saxta” adlandırmışdı.

//Samir Qurbanov, Editor.az