Dubayda dünyanın ən böyük hava limanı tikilir: pasport nəzarəti və növbələr aradan qalxacaqbackend

Dubayda dünyanın ən böyük hava limanı tikilir: pasport nəzarəti və növbələr aradan qalxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində müasir dövrün ən iri infrastruktur layihələrindən biri olan Al Maktoum Beynəlxalq Hava Limanının tikintisi davam edir.

Layihə tamamlandıqdan sonra hava limanının sərnişin tutumuna görə dünyanın ən böyüyünə çevriləcəyi gözlənilir.
Yeni hava limanında sərnişinlərin hərəkətini sürətləndirmək üçün qabaqcıl texnologiyaların tətbiqi nəzərdə tutulur.

Buraya biometrik identifikasiya sistemləri, süni intellekt əsaslı təhlükəsizlik həlləri və avtomatlaşdırılmış keçid məntəqələri daxildir. Bu yeniliklər sayəsində ənənəvi pasport nəzarəti və uzun növbələrin əhəmiyyətli dərəcədə azalacağı bildirilir.
Layihəyə əsasən, Al Maktoum Beynəlxalq Hava Limanı ildə yüz milyonlarla sərnişinə xidmət göstərəcək, yüzlərlə təyyarənin eyni vaxtda qəbuluna imkan verəcək və Dubayın qlobal nəqliyyat mərkəzi kimi mövqeyini daha da gücləndirəcək.

Rəsmilər hesab edirlər ki, yeni hava limanı aviasiya, turizm və logistika sahələrində regionun inkişafına mühüm töhfə verəcək, həmçinin gələcəyin “ağıllı hava limanı” modelinə çevriləcək.

//Samir Qurbanov, Editor.az