Rəsmi səfər çərçivəsində Fransaya gələn İraqın baş naziri Məhəmməd Şia Sudani paytaxt Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Editor.az xəbər verir ki, Sudani sosial media hesabından İraq və Fransa arasında strateji tərəfdaşlıq müqaviləsi imzalandığını açıqlayıb. Açıqlamada sözügedən razılaşmanın iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın üfüqlərini genişləndirəcək bir yol xəritəsi təyin edəcəyini qeyd edən Sudani, “İraqın iqtisadi islahatını və davamlı inkişafını təmin edən ciddi tərəfdaşlıqlar üçün dostlarımızla işləməyə davam edəcəyik”,- deyə bildirib.
//Gülnarə Abasova, Editor.az

