Macarıstan və Fransa strateji tərəfdaşlıq sazişini yeniləyəcəkbackend

Macarıstan və Fransa strateji tərəfdaşlıq sazişini yeniləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan və Fransa arasında strateji tərəfdaşlıq sazişinin yenilənməsi planlaşdırılır.

Editor.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Macar sosial şəbəkə hesabında məlumat verib. Onun sözlərinə görə, yenilənmiş sənədin 2026-cı ilin oktyabr ayına qədər hazırlanaraq təqdim olunması gözlənilir.

Baş nazir bildirib ki, tərəflər Macarıstanın 23 Oktyabr Milli Bayramından əvvəl iki ölkə arasında strateji tərəfdaşlıq sazişinin yenilənməsi barədə razılığa gəliblər.

“Macarıstan və Fransa arasında strateji sazişin milli bayramımızdan əvvəl yenilənməsi ilə bağlı razılıq əldə etmişik”, – deyə Peter Macar vurğulayıb.

Onun sözlərinə görə, enerji, müdafiə sənayesi, təhlükəsizlik sahəsində əməkdaşlıq və nəqliyyat infrastrukturunun inkişafı istiqamətlərində iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Qeyd edək ki, Macarıstan və Fransa arasında strateji tərəfdaşlıq sazişi 2008-ci ildə imzalanıb. Sazişin müddəti dörd il sonra başa çatsa da, tərəflər onu yeniləməyiblər. Həmin dövrdə hər iki ölkə Avropa İttifaqı və NATO çərçivəsində əməkdaşlıq mexanizmlərinin kifayət etdiyi qənaətində idi. Hazırda isə Macarıstan hökuməti mövcud geosiyasi şəraiti nəzərə alaraq sazişin yenilənməsini zəruri hesab edir.

//Gülnarə Abasova, Editor.az