İran Küveytin beynəlxalq aeroportunu vurdu, yaralılar var – Əmirlik hava məkanını bağladı – VİDEObackend

İran Küveytin beynəlxalq aeroportunu vurdu, yaralılar var – Əmirlik hava məkanını bağladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küveyt Beynəlxalq Hava Limanının sərnişin terminalı İrandan atılan raketlər və pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib.

Oxu.Az xəbər verir ki, bu barədə KUNA informasiya agentliyi Küveyt Əmirliyinin Mülki Aviasiya Baş İdarəsinə istinadən məlumat yayıb.

“T1 sərnişin terminalı İranın PUA və raketlərinin hücumuna məruz qaldıqdan sonra Küveyt Beynəlxalq Hava Limanında fövqəladə hallar üçün hərəkət planı işə salınıb”, – deyə açıqlamada qeyd olunub.

Küveytin Mülki Aviasiya Baş İdarəsinin məlumatına əsasən, bu zərbələr hava limanının bir sıra obyektlərinə ciddi ziyan vurub, yaralananlar var. Baş vermiş insidentlə əlaqədar olaraq, rəsmilər sonrakı xəbərdarlığa qədər bütün gedişlərin dayandırılması və gələn reyslərin başqa hava limanlarına yönləndirilməsi barədə qərar qəbul ediblər.

Bundan başqa Yaxın Şərqin aviastansiya xidmətlərindəki mənbəyə istinadən TASS-ın yaydığı məlumata görə, paytaxtın beynəlxalq hava limanına edilən hücumdan sonra Küveytin hava məkanı bir sutka ərzində fəaliyyətini dayandırıb.

“Küveytin hava məkanının təxminən 4 iyun, cümə axşamı günü ümumdünya vaxtı ilə saat 12:00-a qədər bağlı qalacağı gözlənilir”, – deyə açıqlamada bildirilib.