Marco Rubio ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Ukraynadakı münaqişənin tənzimlənməsi perspektivləri ilə bağlı nikbin olmayan açıqlama verib.
ABŞ dövlət katibinin sözlərinə görə, hazırkı mərhələdə tərəflər arasında razılaşma əldə olunması üçün real imkanlar görünmür.
Rubio bildirib ki, nə Ukrayna, nə də Rusiya danışıqlar üçün zəruri hesab edilən güzəştlərə hazır deyil:
“Hazırkı vəziyyətə əsasən perspektivlər yaxşı görünmür: heç bir tərəf razılaşma əldə etmək üçün lazım olan güzəştlərə getməyə hazır deyil”, – deyə o qeyd edib.
//Samir Qurbanov, Editor.az


