Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, NATO-ya üzvlük yalnız Ukraynanın deyil, həm də alyansın maraqlarına uyğundur.
Zelenski bu fikirləri NATO Baş katibi Mark Rutte ilə keçirilən görüş zamanı səsləndirib. O bildirib ki, Ukraynanın NATO-ya inteqrasiyası regionda uzunmüddətli təhlükəsizliyin təmin olunmasına töhfə verə bilər.
“Ukraynanın NATO-ya üzvlüyü yalnız Kiyev üçün deyil, eyni zamanda alyans üçün də strateji əhəmiyyət daşıyır. Hətta gələcək perspektivdə bu, Rusiya üçün də müəyyən mənada sabitlik amili ola bilər,” – deyə Zelenski qeyd edib.
Müzakirələr “Ukrayna–NATO” formatında keçirilən görüş çərçivəsində baş tutub və tərəflər təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
//Samir Qurbanov, Editor.az


