Dronların “Şahed” dronlarına qarşı effektivliyi 50%-ə yüksəlib – Ukrayna rəsmisibackend

Dronların “Şahed” dronlarına qarşı effektivliyi 50%-ə yüksəlib – Ukrayna rəsmisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın dron-tutucuları hazırda Rusiya tərəfindən buraxılan “Şahed” tipli dronların təxminən 50 faizini zərərsizləşdirir.

Bu barədə Ukrayna Müdafiə nazirinin müşaviri Sergey “Fleş” Beskrestnov telemarafon efirində məlumat verib.

Onun sözlərinə görə, dron-tutucuların effektivliyi son aylarda sürətlə artıb. “Qışda bu göstərici 10 faiz idi, sonra 20 faizə yüksəldi, indi isə təxminən 50 faizə çatıb. Bu çox yaxşı nəticədir və gələcəkdə daha da artacağını düşünürəm”, – deyə o bildirib.
Beskrestnov qeyd edib ki, bu texnologiyanın inkişafı Rusiya tərəfi üçün də ciddi problem yaradır. Onun fikrincə, əgər vurulma faizi 70–80 faizə çatsa, standart “Şahed” dronlarının effektivliyi ciddi şəkildə azalacaq.

//Samir Qurbanov, Editor.az