Zelenski Patriot sistemləri ilə bağlı problemi açıqladıbackend

Zelenski Patriot sistemləri ilə bağlı problemi açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna 2025-ci ildə ABŞ istehsalçıları ilə Patriot hava hücumundan müdafiə sistemləri və onlar üçün raketlərin alınması barədə danışıqlar aparıb.

Lakin mövcud sifariş növbəsi səbəbindən sistemlərin Ukraynaya yalnız 2030-cu ildə çatdırılması mümkün görünürdü. Bu barədə Ukrayna Prezidenti Volodymyr Zelenskyy NATO-nun Baş katibi Mark Rutte ilə birgə görüş zamanı bildirib.

Zelenskinin sözlərinə görə, belə uzun gözləmə müddəti Kiyevi qane etmədiyi üçün Ukrayna alternativ variantlar üzərində işləməyə başlayıb. Bunlardan biri digər ölkələrlə razılığa gələrək onların sifariş növbəsindəki yerlərinin dəyişdirilməsi və ya Ukraynaya verilməsi olub.
“Bu variant komandamızı qane etmirdi. Buna görə də hansı alternativlərin mövcud olduğunu müzakirə etdik. Məqsəd bəzi dövlətlərlə razılaşaraq onların növbəsini Ukraynanın xeyrinə dəyişmək və sistemləri daha erkən əldə etmək idi”, – deyə Zelenski bildirib.

Ukrayna rəhbərliyi hesab edir ki, ölkənin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üçün Patriot sistemlərinin daha qısa müddətdə təhvil verilməsi kritik əhəmiyyət daşıyır. Kiyev bu istiqamətdə tərəfdaş ölkələrlə danışıqları davam etdirir.

//Samir Qurbanov, Editor.az