Mingəçevirdə 3 minik maşını və mikroavtobusun iştirakı ilə zəncirvari qəza baş verib.
Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin M.Maqomayev küçəsində qeydə alınıb. Qəzada üç “VAZ” markalı minik maşını, bir sərnişin daşıyan mikroavtobus iştirak edib.
Yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər – 40 yaşlı Natiq Əhmədov, onun həmyaşıdı Eldəniz İmanov, 28 yaşlı Fədai İbadov və 27 yaşlı Samir Cəfərli müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Qəzanın başvermə səbəbləri araşdırılır.

