İran son iki ayda ilk dəfə olaraq Hörmüz boğazı vasitəsilə neft ixracına başlayıb.
Bu barədə CNBC telekanalı “Kpler” analitik şirkətinə istinadən məlumat yayıb.
Şirkətin məlumatına görə, ixrac əməliyyatı zamanı təxminən 5 milyon barrel neft daşıyan azı üç İran tankeri Hörmüz boğazı bölgəsini tərk edib.
Dövlətə məxsus “National Iranian Tanker Company” şirkətinə aid olan “Diona” və “Hero 2” adlı iki supertankerin təxminən 3,8 milyon barrel xammal çıxardığı bildirilir.
“Kpler” qeyd edir ki, gəmilər ABŞ Hərbi Dəniz Qüvvələrinin mövcud olduğu bölgədən maneəsiz keçməyi bacarıblar.
Musavat.com


