Putin: “Tomahawk” raketlərinin Kiyevə göndərilməsi ABŞ-Rusiya münasibətlərini məhv edəcək”backend

Putin: “Tomahawk” raketlərinin Kiyevə göndərilməsi ABŞ-Rusiya münasibətlərini məhv edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-nin Ukraynaya “Tomahawk” raketlərinin tədarükü ilə bağlı mümkün qərarı Moskva-Vaşinqton münasibətlərindəki müsbət tendensiyaların məhvinə gətirib çıxaracaq”.

Oxu.Az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalının jurnalisti Pavel Zarubinə açıqlamasında deyib.

“Bu mümkün qərar münasibətlərimizin, ən azı münasibətlərimizdə görünən müsbət tendensiyaların məhvinə gətirib çıxaracaq. Mən nə düşünürümsə, onu da deyirəm. Vəziyyətin necə olacağı təkcə bizdən asılı deyil”, – deyə o vurğulayıb.