Putini humanist adlandırdılar – Ağ Evdən qalmaqallı sözlərə dəstəkbackend

Putini humanist adlandırdılar – Ağ Evdən qalmaqallı sözlərə dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiya lideri Vladimir Putini “humanist” adlandırması Vaşinqtonda mübahisələrə səbəb olub. Vitkoffun sözlərini müdafiə edən vitse-prezident Cey Di Vens isə amerikalı məhbusun azad edilməsinin bu ifadə ətrafındakı mübahisələrdən daha vacib olduğunu bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Vens Rusiyada dörd ildən artıq həbsdə saxlanılan ABŞ vətəndaşı Stiven Habbardın azad edilməsini diplomatik uğur kimi qiymətləndirib.

“Mən Stiv Vitkoffla razıyam ki, amerikalı girovu yenicə azad etmiş insan haqqında yaxşı söz demək olar”, – deyə ABŞ-nin vitse-prezidenti bildirib.

Vens vurğulayıb ki, Vitkoff Rusiyaya konkret nəticə əldə etmək üçün diplomatik missiya ilə gedib və onun açıqlamaları da bu məqsəd kontekstində qiymətləndirilməlidir.

“Məni Stivin nə deməsindən daha çox amerikalı girovu ailəsinin yanına qaytarması maraqlandırır. Biz hamımız buna sevinməliyik, nəticə əldə etmək üçün söylədiyi sözlərdən şikayətlənməməliyik”, – deyə vitse-prezident əlavə edib.

Xatırladaq ki, Stiv Vitkoff 74 yaşlı amerikalı Stiven Habbardın azad edilməsinə görə Putinə təşəkkür etmiş və onu “humanist” adlandırmışdı.

Bu ifadə ABŞ Respublikaçılar Partiyasının bəzi nümayəndələrinin tənqidinə səbəb olub. Buna baxmayaraq, Vensin açıqlaması göstərir ki, Ağ Ev rəhbərliyi Vitkoffun diplomatik yanaşmasını müdafiə edir və məhbusun azad edilməsini əsas nəticə kimi önə çəkir.

Musavat.com