Ərdoğanın geyimində DİQQƏTÇƏKƏN DETAL: Bu MESAJI VERDİ – FOTObackend

Ərdoğanın geyimində DİQQƏTÇƏKƏN DETAL: Bu MESAJI VERDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup toplantısında çıxış edib.

Ərdoğanın çıxışı zamanı taxdığı, hər halqasında 5 ədəd KAAN naxışı yer alan qalstuku diqqət çəkib.

Qalstukdakı bu incə detalı “Haber Global”ın Ankara müxbiri Fatih Poyraz diqqətə çatdırıb.

Cumhurbaşkanı Erdoğan’ın kravatında dikkat çeken detay - Resim : 3

Məlumata görə, sözügedən qalstuk daha əvvəl TUSAŞ (Türkiyə Aviasiya və Kosmik Sənayesi) tərəfindən prezident Ərdoğana hədiyyə olunub.

Ərdoğanın KAAN təsvirli qalstuku taxdığı gün Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında müdafiə sahəsində əməkdaşlığı əhatə edən “Bədr Anlaşma Memorandumu” Dohada imzalanıb.

Ərdoğanın 4 ölkə arasında “Bədr Anlaşma Memorandumu”nun imzalandığı gün partiyanın qrup toplantısına milli döyüş təyyarəsi KAAN fiqurlu qalstukla qatılması tarixi mesaj kimi qiymətləndirilib.

Ankaradakı bu vizual detalın eyni günə təsadüf etməsi KAAN-ın Türkiyənin müdafiə diplomatiyasındakı yerini və əhəmiyyətini bir daha ön plana çıxarıb.

Musavat.com

Cumhurbaşkanı Erdoğan’ın kravatında dikkat çeken detay - Resim : 5

Cumhurbaşkanı Erdoğan’ın kravatında dikkat çeken detay - Resim : 4

Cumhurbaşkanı Erdoğan’ın kravatında dikkat çeken detay - Resim : 1

Cumhurbaşkanı Erdoğan’ın kravatında dikkat çeken detay - Resim : 2