Hikmət Babaoğlu: “Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır”backend

Hikmət Babaoğlu: “Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi bir daha göstərdi ki, iki ölkə arasında qardaşlığın əsas simvolu hər iki ölkənin liderləridir”.

Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu: Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır - Foto

Deputat bildirib ki, telefon danışığının bir qədər gecikməsi təəssüf doğursa da, eyni zamanda Türkiyədə Azərbaycana qarşı kampaniyaya qoşulan şəxsləri üzə çıxarıb.

Onun sözlərinə görə, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) daxilində Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmağa hazır olan şəxslər özlərini ifşa ediblər.

H.Babaoğlu qeyd edib ki, Türkiyə prezidentinin müşaviri Oktay Saral da daxil olmaqla, anti-Azərbaycan kampaniyasına qoşulan şəxslərin gələcəkdə Türkiyə-Azərbaycan münasibətlərində yeri olmamalıdır:

“Baş verənlər Türkiyə cəmiyyətində Azərbaycanı sevənlərin və ölkəmizə dəstək göstərənlərin çoxluğunu da nümayiş etdirib.

Sekulyar təbəqənin nümayəndələri olan çoxsaylı sıravi türk vətəndaşları və siyasətçilər Azərbaycana dəstək mövqeyi nümayiş etdirdilər, Azərbaycanın haqlı olduğunu bildirdilər və Azərbaycanın yanında olduqlarını bildirdilər”.

H.Babaoğlu əlavə edib ki, Türkiyə-Azərbaycan münasibətləri iki qardaş xalqın münasibətləridir və bu əlaqələr xalqların iradəsi əsasında müəyyənləşir.

O, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının və AKP-nin qurucu liderlərindən olan Binəli Yıldırımın mövqelərini təqdir edib:

“Bundan sonra həm Türkiyədə, həm də Azərbaycanda bu məsələlərə daha diqqətlə yanaşılmalı, iki ölkə arasındakı münasibətlərə zərbə vurmaq istəyən şəxslər ifşa edilməli və tanınmalıdır.

Türkiyənin Azərbaycan siyasətində və ümumilikdə dövlət siyasətində bu cür şəxslərə yer olmamalıdır”.

\\oxu.az